Xəbər verdiyimiz kimi, 10 ay əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində itkin düşən 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun 39 yaşlı həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.
Mərhumun atası Arif Əliyev hadisənin təfərrüatlarını Teleraf-a danışıb.
Onun sözlərinə görə, gəlini Elmira İbrahimova onlara deyib ki, Samir sonuncu dəfə özünəməxsus tüfəngini götürüb və havaya atəş açaraq tələsik evdən çıxıb.
Ondan sonra Samir Əliyevdən xəbər olmayıb. Samirin anası gəlininə oğlunun necə evdən çıxdığını sual verəndə isə Elmira İbrahimova verdiyi cavabla qadının fikrini qarışdırıb.
Bundan başqa, Samir Əliyevin banka kredit borcu da olub. Atası bu ay ərzində itkin kimi qələmə verilən oğlunun kredit borcunu ödəmək istəyəndə, bankdan bildirilib ki, onun borcu hər ay Elmira İbrahimova tərəfindən ödənilir.
Bundan sonra Elmira şübhə çəkməyə başlayıb. Buna görə də ana və ata polis idarəsinə E.İbrahimovadan şikayət edib.
Hadisə yerinə Baş Polis İdarəsinin Kriminalistika Şöbəsi və Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit evin həyətindən torpağın altından selofan torbaya bükülmüş vəziyyətdə aşkarlanıb.
Yaxınları bildirib ki, E.İbrahimova Samirin meyitinin üzərinə gül əkirmiş, lakin həmin gül üç gün ərzində quruyub. Bundan başqa, meyit basdırılan əraziyə "giriş qadağandır" nişanı da yerləşdirib. Samirin əmisi bildirib ki, hadisə baş verəndə onların kiçik qızı evdə olub.
Qeyd edək ki, cütlüyün birgə nikahdan üç qız övladı var.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































