Tanınmış meyxanaçı, şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib.
Bu barədə “Qafqazinfo”ya bloqqer Nail Kəmirli məlumat verib.
O bildirib ki, Reyhan Baxşıyeva narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir və Yasamal rayonunda saxlanılıb, orada cinayət işi açılıb.
Qeyd edək ki, daha əvvəl internetdə yayılan videogörüntülərdə Nizami Rəmzinin qızının Yasamal rayonu Şərifzadə küçəsindəki tərk edilmiş ərazidə yaşadığı və narkomaniyadan əziyyət çəkdiyi əks olunub.
Qeyd edək ki, ən yaxşı meyxana ifaçılarından sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzasında dünyasını dəyişib. N.Rəmzi üç dəfə ailə həyatı qurub və bu evliliklərdən altı övladı var.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































