Naxçıvan şəhərində tələbə oğlan məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan şəhərində baş verib.
Şəhər sakini, 2007-ci il təvəllüdlü Zakir Məmmədov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində Aytən adlı qızla tanış olur. Danışıq zamanı məlum olur ki, 2010-cu il təvəllüdlü qız orta məktəbin 10-cu sinfində oxuyur. Zakirlə Aytən bir müddət danışsalar da, görüşmürlər.
Bir gün Aytən Zakirə əsəbi olduğunu bildirir. Zaur da onunla görüşmək istədiyini deyir. Onlar küçədə görüşürlər. Məlum olur ki, Aytənin atası anasından ayrılıb və onlarla əlaqə saxlamır. Aytən bildirir ki, bu gün onun atasının ad günündür, amma onunla əlaqə saxlaya bilmir.
Zakir Aytəni sakitləşdirmək bəhanəsi ilə kirayədə qaldığı evə aparır. Evdə Zakir Aytəni qucaqlayır. Bir müddətdən sonra o, qıza cinsi əlaqədə olmaq təklifi edir. Zakir Aytəni inandırır ki, onunla ailə quracaq.
Zakirin yalanlarına aldanan Aytən onunla cinsi əlaqədə olmağa razılıq verir və onlar qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra isə Zakir Aytənə evlərinə getməyi tapşırır və evdən çıxarır. Aytən polisə məlumat verir. Səhəri gün polis əməkdaşları Zakirin oxuduğu texnikuma gəlir, onu saxlayırlar.
Faktla bağlı cinayət işi başlanır, iş məhkəməyə göndərilir. Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Zakir Məmmədov 1 il azadlıqdan məhrum edilir.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































