Bakıda 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ü.Abdullayev küçəsində yerləşən ərzaq mağazasında baş verib. Mağaza sahibi, 1958-ci il təvəllüdlü Mürvət İbrahimov (ad və soyad şərtidir) qonşuluqda yaşayan, 2013-cü il təvəllüdlü oğlana qarşı seksual zorakılıq edib.
Məlumata görə, 2013-cü il təvəllüdlü oğlan hər gün səhər saatlarında oxuduğu orta məktəbə gedərkən, məktəbin yaxınlığında yerləşən mağazaya daxil olub, oradan yemək üçün qoğal və digər qidalar alırmış.
Bir gün oğlan yenidən şirniyyat almaq üçün mağazaya daxil olur. M.İbrahimov ona pulsuz şirniyyat verərək, onu mağazanın arxa otağına keçirib, orada seksual xarakterli hərəkətlər edib. O, daha sonra oğlana 1 manat verib ki, bu hadisəni heç kimə deməsin.
Bundan sonra M.İbrahimov hər gün oğlan dərsə gedən zaman onu mağazaya çağırır, şirniyyat verərək ona qarşı seksual hərəkətlər edir.
Təxminən bir il bu hərəkət davam edir. Bir gün oğlan səhər saatlarında yenidən mağazaya konfet almağa gəlir. 67 yaşlı Mürvət ona konfet verib mağazanın arxa otağına keçirir. O, oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olur. Daha sonra o, uşağa 2 manat verərək, bu hadisəni heç kimə deməməyi bildirir.
12 yaşlı oğlan həmin gün heç kimə heç nə deməsə də, səhəri gün ağrıları başladığından bu barədə anasına məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 67 yaşlı Mürvət İbrahimov saxlanılır, faktla bağlı cinayət işi başlanır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İbrahimov 16 il azadlıqdan məhrum edilir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































