Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi
28 Oktyabr 15:48
Berlində üç nəfər HƏMAS ilə əməkdaşlıqda və yəhudi təşkilatlarına hücumlar hazırlamaqda ittiham olunaraq saxlanılıb, CNN xəbər verir.
Polis saxlanılanların Almaniyadakı İsrail və ya yəhudi qurumlarına hücumlarda istifadə etmək məqsədi ilə ən azı 2025-ci ilin yayından başlayaraq Həmas üçün odlu silah və sursat almaqda şübhələnir. Həbs edildikdən sonra polis onların üzərində silah, o cümlədən Kalaşnikov avtomatı, bir neçə tapança və xeyli miqdarda sursat tapıb.
Onlar xarici terror təşkilatında iştirakda və dövlət üçün təhlükə yaradan zorakılıq aktları hazırlamaqda ittiham olunublar.
Əziz Mustafa