Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraqdakı ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov "Instagram" sosial şəbəkəsində "Risalət Travel" adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə "bloklayaraq" onlarla olan əlaqələrini dayandırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, DİN "102" Xidməti Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, Kərbəla ziyarətinə getmək üçün 200-ə yaxın şəxsin hər biri tur rəhbəri Rasim Şahbazova 600 dollardan artıq məbləğ ödəyib. O isə zəvvarları Gürcüstanın paytaxtı Tbilisi şəhərinə göndərdikdən sonra onların arxasınca gedəcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb.
Azerbaycanpolisi.az
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib













.jpg)


















.jpg)
















