Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən şəxsə hökm oxunub.
Modern.az xəbər verir ki, İlqar adlı şəxs 2017-ci il təvəllüdlü, valideyn himayəsindən məhrum qalan Nihadı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək nəzarəti altında saxlayaraq küçələrdə dilənməyə məcbur edib.
Məlumata görə, İlqar azyaşlını 2023-cü ilin sentyabrında Qaraçuxur qəsəbəsində küçədən apararaq evində saxlayıb və onu dilənçiliyə məcbur etmək üçün hədə-qorxu ilə psixoloji təzyiq göstərib.
Uşaqdan gündə 30-120 manat arası pul tələb edən İlqar verdiyi "tapşırıqları" eləmədiyi üçün azyaşlını döyüb, siqaret kötüyü ilə yandıraraq işgəncə verib.
Azyaşlı məhkəmədə ifadəsində bildirib ki, qazandığı bütün pulları İlqar əlindən alıb, müqavimət göstərdikdə isə döyülüb. Hadisənin şahidləri də uşağın dəfələrlə avtomobillərə yaxınlaşıb pul istədiyini, sonra isə həmin pulları İlqara verdiyini təsdiqləyiblər. Bəzi sürücülər isə uşağın "İlqar əmi məni döyəcək" deyə kömək istədiyini ifadələrində qeyd ediblər.
2024-cü ilin yanvarında Sabunçu rayonu, Zabrat qəsəbəsində marketin qarşısındakı işıqforun yanında dilənən Nihad sürücülərdən birinə kömək üçün yalvarıb. Həmin şəxs dərhal polisə məlumat verib və bundan sonra əməliyyat tədbirləri nəticəsində azyaşlı sığınacağa yerləşdirilib.
İlqar isə ittihamı qəbul etməyərək, sadəcə kirayədə yaşadığını və uşağa nəzarət etməyi xahiş olunduğunu deyib. Lakin məhkəmə şahid ifadələri, polis araşdırması və ekspertiza rəylərini əsas götürərək onun günahını sübuta yetirilmiş hesab edib.
İlqar Cinayət Məcəlləsinin müvafiq maddəsi (144-2.2.3 - məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































