Ağdam rayonunda barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə bir neçə şəxsdən pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.
Oxu.Az-ın məlumatına görə, özünü sosial şəbəkələrdəki "Kanal-21" səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti tərəfindən məlumat təsdiqlənib.
İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































