Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə adına məsciddə amansız cinayət törədilib.
Oxuməni.az-ın “Qafqazinfo.az”-a istinadən məlumatına görə, 35 yaşlı Nadir Səfərov (1990-cı il təvəllüdlü) gündüz namazını qıldıqdan sonra məsciddə bu məqsədlə ayrılmış otaqda dincəlmək qərarına gəlib.
Kişi yatarkən bıçaqla hücuma məruz qalıb - ona 32 bıçaq xəsarəti yetirilib, nəticədə o, yerindəcə keçinib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Vətən Müharibəsi veteranı Elvin Məmmədovu (1996-cı il təvəllüdlü) saxlayıblar.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































