Uşaq bağçasına dair cinayət işi məhkəməyə göndərilir

Uşaq bağçasına dair cinayət işi məhkəməyə göndərilir

Xətai rayonunda yerləşən 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə müdir müavini Qənirə Kazımovanın qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İstintaqla Simuzər Paşayeva və Qənirə Kazımovanın qeyd olunan vəzifələrdə işlədikləri müddətdə öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş xeyli miqdarda dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi 18 aprel 2025-ci il tarixdə aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.

Eyni zamanda həmin tarixdə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə tədbirlər görülməsi üçün Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərilib.

BŞTİ bu gün 202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparıldığını açıqlayıb. Monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.26

2025.07.25

2025.07.24

2025.07.23

2025.07.22

2025.07.21

2025.07.20

2025.07.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az