Bakıda əlil övladına aliment ödəməyən ata həbs edilib.
Qafqazinfo xəbər verir ki, 45 yaşlı Ramin (ad şərtidir) 6 yaşlı oğluna bir il ərzində aliment verməyib.
Ən acınacaqlısı isə budur ki, azyaşlı birinci qrup əlildir, görmə qabiliyyətindən tam məhrumdur.
Azyaşlının anası məhkəmədə deyib ki, keçmiş əri övladının əlil olduğunu öyrəndikdən sonra ondan imtina edib. Hətta atası uşağın yaşamasını belə istəməyib:
"Evliliyimizdən bir il sonra əkiz övladımız dünyaya gəldi. Onlardan biri doğulan kimi vəfat etdi. Digəri isə görmə məhdudiyyətli idi. Bu səbəbdən atası uşağı qəbul etmədi, hətta dedi ki, apar, xəstəxanada iynə vurdurub öldür. Amma mən buna razı olmadım.
Bundan sonra atamın evinə köçdüm, övladımı tək böyütməyə başladım. Bir müddət sonra boşandıq. Məhkəmə uşağın saxlanılması üçün Raminin hər ay 220 manat aliment, əlavə olaraq müalicəsi üçün 200 manat ödəməsinə qərar verdi".
Lakin ata bu məhkəmə qərarını icra etməyib. Təqsirləndirilən kişi aliment ödəməməsini işsiz olması ilə əsaslandırsa da, keçmiş həyat yoldaşı onun işlədiyini, sadəcə övladına baxmaq istəmədiyini deyib.
Məhkəmə yekunda qadının dediklərini əsaslı hesab edib. Hökmə əsasən, Ramin məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm oxunan kimi məhkəmə zalındaca həbs olunub.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































