İki arvadı ilə birləşib qonşusunu döydü

İki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.

Oxuməni.az “Oxu.az”-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Həmin ərazidəki qaraj tipli evdə yaşayan, 1995-ci il təvəllüdlü Valeh Məmmədov (soyad şərtidir) iki dəfə "ailə həyatı qurub". Onun birinci həyat yoldaşından 4, ikinci nikahdankənar həyat yoldaşından isə 1 övladı dünyaya gəlib. O, hər iki həyat yoldaşı ilə həmin qarajda yaşayıb. Valeh yaşadığı evin qarşısında ailə üzvləri ilə çay içərkən Emil adlı qonşu onlara yaxınlaşaraq telefonla çəkiliş etməyə başlayıb. Emil ailənin səs-küy salmasından şikayətlənib və bu barədə çəkiliş edib sosial şəbəkələrdə paylaşmaq istəyib. Valeh onun bu hərəkətlərinə etiraz etsə də, Emil çəkilişi davam edib . Nəticədə aralarında mübahisə yaranıb və Valeh hər iki həyat yoldaşı ilə birləşib Emili döyüb. Onlar Emilin baş və bədən nahiyələrinə müxtəlif xəsarətlər yetiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə V.Məmmədova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.16

2025.07.15

İstisuda ferma yandı İstisuda ferma yandı 15 İyul 08:44

2025.07.14

2025.07.13

2025.07.12

2025.07.11

2025.07.10

Sarkisyan həbs edildi Sarkisyan həbs edildi 10 İyul 08:26

2025.07.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az