Türkiyənin paytaxtı Ankarada qablaşdırma işi ilə məşğul olan 22 yaşlı İlyas Ataş adlı şəxs əsgərlikdə tanış olduğu dostuna bank kartını verdikdən sonra başına gəlməyən qalmayıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostu ona “məhkəmə borcum var, kartını ver, əmim pul göndərəcək” deyib. İlyas da inanaraq kartını verib.
Bir müddət sonra onun adına 10 ayrı dələduzluq işi açılıb. Kütahyada bir nəfərin aldadılması ilə bağlı işdə ona 4 il 2 ay həbs və 20 min lirə cərimə kəsilib. O, qərardan apellyasiya şikayəti verib.
“Kartım 3 gün onda qaldı. 4 ay sonra hüquq-mühafizə orqanları məni aparıb ifadə aldı. İndiyə qədər 10 dəfə ifadə vermişəm. 4 cinayət işim, 6 araşdırmam var. Heç kimdən bir qəpik də almamışam. Bu sübutlarla da aydındır,” – deyə o bildirib.
İlyas sosial şəbəkələrdə bu vəziyyəti yaşayanlarla əlaqə quraraq 1000 nəfərlik qrup yaradıb.
Onun hüquqşünası da bildirib ki, bu cür aldadılan yüzlərlə insan var və İlyas heç bir mənfəət əldə etməyib. Lakin istintaq çox ləng aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































