Keçmiş rəisə hökm oxundu

Keçmiş rəisə hökm oxundu

Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun barəsində DTX-da başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.

Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.

Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

Mirzə Cəlilov məhkəmədə son söz deyib. O bildirib ki, ümumilikdə 30 il dövlətə xidmət edib: “Bu xidmət dövründə hər zaman dövlətin mənafeyinin qorunmasında qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmişəm. Məndən asılı olmayan səbəblərə görə indi buradayam, həmin dövrdə kimlərinsə tapşırığını yerinə yetirmişəm. Özümü buna görə qismən günahkar hesab edirəm, sadəcə, verilən tapşırıqları yerinə yetirmişəm. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edirəm. Xahiş edirəm mənə şərti cəzanın verilməsinə köməklik göstərəsiniz”.

Məhkəmə qərar vermək üçün müşavirəyə çıxıb.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və cəzası 15 fevral 2024-cü il tarixindən hesablanacaq.

Qeyd edək ki, Mirzə Cəlilov DTX tərəfindən həbs edilib. O, AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir. Naxçıvanda sabiq Xidmət rəisinə hökm oxunub.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.06.25

2025.06.24

2025.06.23

2025.06.22

2025.06.21

2025.06.20

2025.06.19

2025.06.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az