Rusiyanın Perm diyarının Osinsk Şəhər Dumasının deputatı və "Realnıye patsanı" serialının erməniəsilli aktyoru Armen Bejanyana qarşı yeraltı sərvətlərin mühafizəsi və istifadəsi qaydalarının pozulması maddəsi üzrə cinayət işi qaldırılıb.
Oxu.Az xəbər verir ki, Perm diyarının İstintaq Komitəsi aktyorun 140 milyon rubl (təqribən 290 min manat - red.) məbləğində zərərə yol açan hərəkətlərə yol verdiyini müəyyənləşdirib.
O, təqsirkar bilinərsə, onu 200 min rubla (təqribən dörd min manat) qədər cərimə və ya iki ilə qədər islah işləri gözləyə bilər.
Eyni zamanda, iş adamı olan Bejanyan bir neçə şirkətə rəhbərlik edir.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































