Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az -ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, T.Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib. Qadın məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Tənzilya Kərimova WhatsApp-da 11 qrup yaradıb. Həmin qruplar vasitəsilə o, insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 1 milyon 200 min manatdan artıq pul əldə edib.
Cinayət işində 81 zərərçəkmiş şəxs var.
Tənzilə Kərimova Azərbaycan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Yada salaq ki, dələduzluq faktı üzə çıxandan sonra Qobustan rayonunun Çuxanlı kənd sakini T.Kərimova (1990-cı il təvəllüdlü) ərindən boşanıb.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















