Astara şəhərində yerləşən "Panorama" hotel-restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, iaşə obyektinin icarədarı 1965-ci il təvəllüdlü Elnarə Babayeva (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkiletmə) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Babayeva dəniz kənarında yerləşən hoteli 600 manat aylıq ödənişlə icarəyə götürərək işlədib. Bu müddət ərzində o, müxtəlif şəxslərin hoteldə pul qarşılığında görüşməsinə şərait yaradıb və bundan maddi gəlir əldə edib.
Astara sakinlərindən birinin polisə müraciətindən sonra hoteldə əməliyyat keçirilib və əxlaqsızlıq yuvasının təşkil edilməsinin üstü açılıb.
Cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən qadın onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həkim rəyində də onda bağırsaq xərçəngi xəstəliyinin olması qeyd edilib.
Astara Rayon Məhkəməsinin 22 aprel tarixli hökmü ilə Elnarəyə iki il islah işləri cəzası verilib.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















