Azərbaycanda dövlətə xəyanətdə təqsirləndirilən İvan Nikolayeviç Svetliçniyə qarşı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxuməni.az bu barədə “APA”-ya istinadən xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İvan Svetliçniyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Azərbaycan vətəndaşı İvan Svetliçnı dövlət təhlükəsizliyinə, suverenliyinə və müdafiə qabiliyyətinə zərər vurmaqla casusluq şəklində qəsdən dövlətə xəyanətdə, habelə xarici kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirməkdə ittiham edilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































