Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
Moskva vilayətində 13 yaşlı məktəbli müəllimin başına çəkiclə vuraraq meşəyə qaçıb.
Lyubertsıdakı insidentlə bağlı “Baza” Telegram kanalı məlumat yayıb.
Hadisə rayonun Mirnı qəsəbəsində 51 saylı məktəbdə baş verib.Riyaziyyat müəllimi dərs zamanı lövhədə tapşırıq yazırmış. Bir anda 5-ci sinif şagirdi bel çantasından çəkic çıxarıb müəllimin yanına gedib və arxadan onun başına vurub.
Hücumdan sonra uşaq məktəbi tərk edərək meşəyə gedib. Nəşrin məlumatına görə, onun yanında bıçaq olub, lakin şagird ondan istifadə etməyib. Hazırda məktəblini polislər tapıblar, onun anlaqsız vəziyyətdə olduğu bildirilir.
Azərbaycanpolisi.az