Son 24 saat ərzində vətəndaşların bank kartlarından 39 504 manat və 595 ABŞ dolları oğurlanıb.Bu barədə “Minval.az” xəbər verir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kiber fırıldaqçılar xaricdən vətəndaşları aldadaraq onların bank kartlarından pul vəsaitlərini oğurlayırlar.
"Xarici nömrələrdən bank kartları ilə bağlı gələn zəng və mesajlara cavab verilməməlidir, saxta linklərə keçməməklə onlar dərhal bloklanmalıdır. Əks halda fırıldaqçılar bank kartınızdan pul oğurlayacaqlar".
Aprelin 9-da fiziki şəxslərin bank kartlarından müxtəlif kiber üsullar ilə 12 850, 8 211, 8 210, 4 466, 2 000, 1 200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 ABŞ dolları pul vəsaitləri oğurlanıb.
Vətəndaşlara bir daha tövsiyə edirik ki, cəlbedici gəlir, sığorta, bank hesablarının konsolidasiyası və ya ödənişlər təklif edən şübhəli zənglər alarkən diqqətli olsunlar. Şəxsi bank məlumatlarınızı naməlum şəxslərə açıqlamayın, bu, təhlükəlidir”, - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































