Şəmkir Rayon Polis Şöbəsinə “Mercedes” markalı avtomobilin 3 sərnişininin sürücüyə zorakılıqla basqın edərək nəqliyyat vasitəsini, habelə 332 800 manat ekvivalentində xarici valyutanı ələ keçirməsi barədə məlumat daxil olub.
“Report”un Qərb bürosunun Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən şəxslər - 38 yaşlı İsrapil Balcanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































