Oğurluq edən şəxslər polis tərəfindən saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunda iki nəfərə məxsus ümumilikdə 700 manat dəyəri olan velosipedlərin oğurlanması barədə ərazi üzrə polis orqanına məlumat daxil olub. Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı F.Salmanov və qardaşı 39 yaşlı E.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daha bir oğurluq hadisəsi isə Qaradağ rayonunda baş verib. Bir nəfər içərisində 634 manat olan pul kisəsinin oğurlandığı barədə polisə məlumat verib. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































