"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin məhkəmə araşdırması başa çatıb.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, istintaq materiallarında Habil Vəliyevin kimləri şantaj etdiyi qeyd edilib.
H.Vəliyevin əməlindən zərər çəkənlərdən biri Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiridir.
Onu rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin fəaliyyətlərində qanunsuzluqlara yol vermələri adı ilə şantaj edib. 10 min manat verməyəcəyi halda qeyd etdiyi məlumatları rəhbərlik etdiyi saytda dərc edəcəyini deyib. Sonrakı illərdə eyni şəxsdən iki dəfə hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri, sonuncu dəfə şöbə müdirindən 300 manat pul alıb.
Bundan başqa H.Vəliyev 2021-ci ildə Bakı şəhərinin Babək prospektində yerləşən "Qızıl Bağ"restoranının sahibini şantaj edib. Onu restoranda apardığı çəkilişi saytında yayımlayacağı və obyektdə karantin qaydalarına əməl edilmədiyini təqdim edəcəyi ilə hədələyərək 200 manat pul alıb.
Zərərçəkmişlərdən digəri isə "Qartal" tikinti şirkətinin rəhbəri olub. H.Vəliyev onun barəsində rüsvayedici məlumatları yayacağını deyərək, hədə-qorxu yolu ilə 5 min manat tələb edib.
Sayt rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı ittiham irəli sürülərək, həbs edilib.
Verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Vəliyev hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu, təkrar məhkumluğu olduğu üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































