Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
ABŞ-nin Arizona ştatında 14 yaşlı qız xüsusi amansızlıqla qətlə yetirilib. İtkin kimi axtarışda olan yeniyetmənin hissələrə ayrılmış meyiti yolun kənarındakı zibil torbalarında tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli "WCJB" kanalı məlumat yayıb.
Qalıqları tapılan qız yeniyetmələr üçün xüsusi yataqxanada ailəsindən ayrı yaşayıb. Yanvarın sonlarında Emili Pike evini tərk edib və geri qayıtmayıb. Bir həftə sonra, yanvarın 27-də onun itkin düşdüyü barədə polisə məlumat verilib.
Qızın qalıqları fevralın 14-də Arizona ştatının Gila rayonunda tapılıb. Cinayətkar meyiti parçalara ayırıb.
Fevralın 27-də polis DNT testi vasitəsilə qalıqların Emili Pikeyə aid olduğunu təsdiqləyib.
Azərbaycanpolisi.az