Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs edilib.
Yenisabah.az Sovetskiy sport-a istinadla xəbər verir ki, o, xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Özünü “Mosenergosbyt” və "FSB" əməkdaşları kimi təqdim edən fırıldaqçılar təqaüdçünün 14 milyon rubl pulunu dələduzluq yolu ilə ələ keçirib. Həmin zaman Abatsiyevin pulu götürən kuryer olduğu ehtimal olunur.
Təqsiri sübuta yetiriləcəyi təqdirdə keçmiş futbolçunu 10 ilə qədər həbs cəzası gözləyir.
Azərbaycanpolisi.az