Primorsk diyarında məhkəmə baltanın bir zərbəsi ilə birgə yaşadığı qadının başını kəsən yerli sakini həbs edib. Bu barədə “Lenta.ru”-ya vilayət prokurorluğu məlumat verib.
Həmin şəxs barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qətl”) ilə cinayət işi başlanıb. İstintaq rayonlararası prokurorluğun nəzarətindədir.
İstintaqın məlumatına görə, fevralın 9-da axşam saatlarında Petrovka kəndində 1971-ci il təvəllüdlü kişi birgə yaşadığı qadın ilə mübahisə edib. Münaqişə zamanı o, baltanı götürərək, balta ilə qadının boynuna vurub. Zərbə nəticəsində o, birgə yaşadığı qadının başını bədənindən ayırıb. Cəsədi gələn polislər tapıb.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































