Pakistanda "TikTok" sosial şəbəkəsində videolarını paylaşdığı üçün kişi 14 yaşlı qızını öldürüb. Qızın atası onun sosial şəbəkələrdəki fəaliyyətindən narazı olsa da, qız internetdəki fəaliyyətini dayandırmayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə "Express Tribune" məlumat verib.
Məlumata görə, qızın atası şübhəli şəxsləri müəyyən edilməsi üçün polisə müraciət edib. Əvvəlcə bu cinayət üstü açılmamış bir qətl kimi araşdırılıb.
Amma araşdırmalar və cinayət yerindən dəlillərin toplanmasından sonra ailə üzvləri şübhəli bilinib. Polis 14 yaşlı qızın atasını və əmisini onun öldürülməsinə görə həbs edib. Ata və əmi qızın sosial mediadan istifadə etdiyi üçün onun qətlini planlaşdırdıqlarını etiraf ediblər.
Polisin verdiyi məlumata görə, yeniyetmə evinin yaxınlığında güllə ilə vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.
Əlavə olaraq, məlum olub ki, bu ilin yanvarında Pakistana gələnə qədər ailə 28 il ABŞ-də yaşayıb.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir













.jpg)



















.jpg)




















