Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.
Onların Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Ə.İsmayıllı “Limonçik” ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.


Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































