Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb.
"Qafqazinfo" xəbər verir ki, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-də Yasamal rayonunda restoranların birində baş verib.
Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Əməli törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq həbs ediliblər.
Məlumata görə, Cavad Muradov və tanışları Rüfət İsmayılov, Afiyəddin Əliyev, Kənan Gərayzadə və Rauf Gərayzadə restoranda insanların gözü qarşısında bir ailənin 4 üzvünü döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Cinayət qanunvericiliyinə uyğun olaraq, təqsirləndirilən şəxs qismində cəlb edilərək C.Muradov, R.İsmayılov, A.Əliyev, K.Gərayzadə barəsində həbs, R.Gərayzadə haqqında isə digər qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, C.Muradov və dostlarının daha əvvəl də xuliqanlıq hərəkətləri törətmələri ilə bağlı mediada məlumatlar yer alıb.
Azərbaycanpolisi.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir















.jpg)



















.jpg)


















