Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əmir Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə Pravda.az xəbər verir.
Hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə növündə cəza təyin edilib.
İttihama görə, hadisə 22 aprel 2024-cü il tarixdə, saat 13:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.
Belə ki, Əmir Cəfərov həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən zərərçəkmiş Tahir Əhmədovun (şərti) ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra o, baş, yumruq və təpiklə Tahir Əhmədovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Nəticədə Əmir ona qapalı kəllə beyin travması, sol gicgahda hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq edib.
Hadisədən sonra Əmir Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































