Uqandaan olan, paytaxt Kampalanın şəhərətrafı qəsəbələrindən birinin sakini, özünü şəfaverici
adlandıran şəxsdən 24 insan kəlləsi tapılıb.Polis onun insan qurbanları ilə məşğul olduğunu
güman edir,-bu barədə“BBC” xəbər verir.
Damulire Qodfrinin yaşayış yerində insan kəllələrindən əlavə sümüklər və heyvan dəriləri də
tapılıb.Polis daha çox insan qalıqlarının tapılması ümidi ilə ərazidə axtarışları davam etdirir.
“Biz onu insanın bədən hissələrinə və insan qurbanı alətlərinə sahib olmağı qadağan edən “İnsan
qurbanının qarşısının alınması və qadağan edilməsi haqqında” qanuna əsasən ittiham edirik.Əgər
günahı sübuta yetirilərsə, o, ömürlük həbs cəzası alacaq”, - Uqanda polisinin sözçüsü Patrik
Onyanqo bildirib.
Damulire Qodfri özünü ənənəvi şəfaverici və otlarla müalicə edən həkim adlandırır. Ancaq eyni
zamanda, Uqanda Ənənəvi Şəfavericilər Assosiasiyası onu tanımır.
50 milyon əhalisi olan Uqandada əhalinin böyük əksəriyyəti - təxminən 84%-i özünü xristian
hesab edir.Qalanların isə demək olar ki, hamısı - təxminən 14%-i müsəlmandır.
Eyni zamanda, əhalinin bir hissəsi ənənəvi yerli inanclara və təcrübələrə sadiq qalmağa davam
edir və hətta Uqanda və bəzi digər Afrika ölkələrində insan qurbanı kimi ekstremal hallar, yerli
hüquq müdafiəçilərinin fikrincə, qəbuledilməz dərəcədə tez-tez baş verir.
İnsan qurbanı ən güclü dərman hesab olunur və digər rituallar uğursuz olduqda istifadə
olunur.Məsələn, tanrılardan sərvət dilənmək və ya düşmənə cadu vasitəsiylə xətər
yetirmək.Uşaqlar tez-tez qurban olurlar,bəzi hallarda qurbanın bədəninin hissələri kəsilərək
şikəst edilir, bəzi hallarda isə öldürülürlər.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































