Ermənistanın Ictimai Televiziyası(EİT) Baş Prokurorluğa istinadən xəbər verir ki, eks-prezident Serj Sarqsyanin kürəkəni Mikael Minasyana qarşı yeni cinayət işi başlanıb.
Baş Prokurorluğun İdarə rəisi Samvel Akopyan EİT-na bildirib ki: “Mikael Minasyan xüsusilə böyük miqyasda dələduzluq, rəqabətə zidd fəaliyyətlər, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması üçün kriminal birlik yaradıb və ona rəhbərlik edib”.
O həmçinin vurğulayıb ki, bütün bu hərəkətlər nəticəsində dövlətə 350 milyon dollara yaxın ziyan dəyib. Istintaq Minasyanı tutduğu vəzifəsindən istifadə edərək Ermənistanda və xaricdə şirkətlərdə pay əldə etməkdə, bir sıra media və televiziya şirkətlərinə nəzarət yaratmaqda, qeyri-qanuni mənşəli maliyyə aktivlərini dövriyyədə saxlamaqda, vergidən yayınmanın təşkilində, sahibkarlıq
fəaliyyətində qanunsuz iştirakda, vəzifəli şəxslərə rüşvət verməkdə ittiham edir.
Mikael Minasyan yeni iş çərçivəsində 76 epizodda iştirak edir. Bu cinayətlərdə ümumilikdə 13nəfər iştirak edir, onlardan üçü həbs edilib. Məsuliyyətə cəlb olunanlar arasında “Yerevan Mall”-un baş direktoru Vazrik Sekoyan və “DoubleTree by Hilton”-un sahibi Tiqran Eqoyan da
var.
Minasyan 2008-2012-ci illərdə prezident administrasiyası rəhbərinin birinci müavini, 2013- 2018-ci illərdə isə Ermənistanın Vatikanda səfiri vəzifəsində çalışıb. Hazırda o, bir sıra digər ittihamlarla axtarışdadır.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




.jpg)
















.jpg)



















.jpg)










