“Istanbul yaxınlığındakı Eskişehir şəhərində insanlara bıçaq və balta ilə hücum edən 18 yaşlı gənci türkiyə polisi saxlayıb. O, bu cinayəti hərbi kompüter oyununun təsiri altında həyata keçirdiyini etiraf edib”- “Habertürk” nəşri yazır.
“Shot” teleqram kanalı Türkiyə mətbuatına istinadən xəbər verir ki,hücum zamanıo,yeddi nəfəri yaralayıb, bir nəfəri öldürüb. O, hücumu Go Pro kamerası ilə lentə alıb.Cinayətitörətməkdə şübhəli bilinən 18 yaşlı Arda K. cinayəti törətdiyi vaxt o, üzünü maska və eynək
altında gizlətmiş, həmçinin dəbilqə və zirehli geyimdə olub.
Ardanın cinayətlərinin videoları sosial şəbəkələrdə yayılıb,kamera gəncin dəbilqəsinə
quraşdırılıb və onun hücumunu əks etdirən görüntüləri çəkə bilib,bu haqda “Eskişehir.Net” agentliyi xəbər verir.
Agentlik onu da yazır ki, gənc PUBG kompüter oyunundakı personajlardan birinin obrazınagirməyə çalışıb, ehtimal ki, onun təsiri altında silahlı hücum etmək qərarına gəlib.
“Cümhuriyət” qəzetinin verdiyi məlumata görə, cinayətkarın geyimində Üçüncü Reyxinokkultistlərinin istifadə etdiyi nasist “qara günəş” emblemi də olub. Bundan əlavə, nəşr hücum
zamanı gəncin sosial şəbəkələrdə canlı yayım etdiyini bildirir.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




.jpg)
















.jpg)



















.jpg)










