Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqqer Hüseyn Həsənova məxsus qapalı suşi
restoranının kuryerləri məhkəmə yolu ilə ondan yarım milyon rubldan çox pul alıblar. Bu barədə“Mash” teleqram kanalı məlumat yayıb.
Göstərilir ki, Hüseyn Həsənov restoranı 2023-cü ilin yazında açsa da, bir ildən bir qədər çoxnra - bu ilin iyulunda oranı bağlayıb.Bloqqerin müəssisəsindən qab-qacaq gətirməklə məşğul olan MMC ona qarşı iddia qaldırıb. Kuryerlər bağlanmış müqavilə üzrə göstərilən xidmətlərə
görə 645 min rublun qaytarılmasını tələb etsələr də, məhkəmə çatdırılma işçilərinə yalnəz 573
min rubl ödəməyə qərar verib.
Tanınmış blogger iddiaya baxıldıqdan sonra məhkəmə xərcləri, dövlət rüsumlarının ödənilməsi və digər xərclər də daxil olmaqla 700 min rubl ödəməli olub. Xatırladaq ki, iyun ayının axırlarında Hüseyn Həsənovun vergi borcu olduğu və 200 milyon
rubl dəyərində əmlakını itirə biləcəyi barədə məlumat yayılmışdı.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




.jpg)
















.jpg)



















.jpg)










