Bu ilin 6 ayı ərzində Rusiyada terror xarakterli 1,6 mindən çox cinayət törədilib. Bu, son 18 ilin eyni dövrləri ilə müqayisədə ən yüksək göstəricidir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin materiallarında deyilir.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında terror xarakterli 1651 cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% çoxdur.
Nazirliyin məlumatına görə, 2006-2023-cü illərdə bu rəqəm 1,4 min cinayətə belə çatmayıb. Ən yüksək rəqəmlər 2022 və 2016-cı illərdə qeydə alınıb, yanvar-iyun aylarında müvafiq olaraq 1332 və 1313 terror cinayəti törədilib.
Son 6 ildə ekstremist xarakterli cinayətlərin sayı rekord həddə çatıb. Bu ilin yanvar-iyun aylarında onlardan 819-u qeydə alınıb. Halbuki, 2018-ci ildən bu rəqəm 800-ə çatmayıb.
Azərbaycanpolisi.az
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir





















.jpg)


















.jpg)








