DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.
Onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb. S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.
Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır.jpg)























































