Altı məhbus Rostov-Dondakı istintaq təcridxanasının kamerasındakı pəncərə barmaqlıqlarını qıraraq, növbətçi məntəqəyə daxil olublar.
Axar.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, məhbuslar orada işçiləri girov götürüblər. Əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektorunun girov götürüldüyü qeyd edilib.
Rostov həbsxanasına hücum edənlərin 5-nin kiliyi müəyyən edilib: M.Ş. Saypudinov (Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci bəndi a.g.), A.M.Çiçkiyev (Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndi), D.V.Kamneyev (Cinayət Məcəlləsinin 288.2-ci maddəsi), T.M.Gireyev (Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi), Ş.A.Akiyev (CM-nin 205.5-ci maddəsinin 2-ci bəndi).
Gireyev, Çiçkiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştirakda və terror aktı hazırlamaqda (onlar Qaraçayevo-Çərkəz Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırırdılar) mühakimə olunublar. Gireyev və Akiyev 18 il, Çiçkiyev isə 18 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.
İlkin məlumata görə, istintaq təcridxanasında girov götürən cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
Onlarla danışıqlar aparılır. Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib.
Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidməti 2 nəfərin girov götürüldüyünü təsdiqləyib.
***
Rostovda istintaq təcridxanasının əməkdaşlarını girov götürən şəxslər zərərsizləşdirilib.
Bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































