İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar.
DİN xəbər verir ki, paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb.
Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb.
T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.
Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli , qardaşı Elvin və tanışları Anar Abdullazadə saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






