Liviyanın şərqindəki Benqazi limanında ölkə tarixində ən böyük miqdarda kokain ələ keçirilib. Bazar dəyəri 46 milyon 280 min dollar olan 128 kiloqram xam kokain aşkarlanıb. Məlumatı Oxuməni.az paylaşıb.
Liviya Narkotik Cinayətlər Bölməsinin verdiyi yazılı açıqlamada təhlükəsizlik qüvvələrinin Benqazi Limanında həyata keçirdiyi narkotik əməliyyatı ilə bağlı məlumat verilib.
Açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri Səudiyyə Ərəbistanının Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin xəbəri əsasında Ekvadordan gələn iki banan konteynerində axtarış aparıb və konteynerlərin döşəməsində gizlədilən 128 kiloqram xam kokain ələ keçirilib.
Müsadirə edilən kokainin maliyyə dəyərinin 224 milyon Liviya dinarından (46 milyon 280 min dollar) çox olduğu təsbit edilib.
Qaçaqmalçılıqla məşğul olan dəstənin digər üzvlərinin də tutulması istiqamətində araşdırmalara başlanıldığı bildirilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






