Türkiyədə dünən gecə yarısından bəri bir neçə qadın münasibətdə olduqları və ya boşanmaq ərəfəsində olan kişilər tərəfindən qətlə yetirilib. Qətlə yetirilən qadınlardan geridə çoxlu ağrılı hekayələr qalıb. Məlumatı Oxuməni.az paylaşıb.
Dünən gecə yarısına olan məlumata görə, Bursa, Adıyaman, Ərzurum, Sakarya, İstanbul, Dənizli və İzmirdə 7 qadın öldürülüb.
Bursada iki uşaq anası Tuba Ateşci bir il əvvəl boşandığı və barışmaq üçün görüşə dəvət etdiyi keçmiş əri Murat Dəmir tərəfindən silahla qətlə yetirilib. Hadisədən sonra Dəmir də tapança ilə intihar edib.
Ərzurumda həbsxanadan qaçan əri Şafak Saydam tərəfindən silahla vurulan Elif Saydam bir həftəlik həyat mübarizəsini itirib. Elif Saydam yaxınlarının göz yaşları arasında torpağa tapşırılıb.
Sakaryanın Akyazı rayonunda Əli Rıza Aslan boşanma prosesində olan həyat yoldaşı Hatun Ekrem Aslanı tapança ilə vuraraq öldürüb və intihar edib. Aslanın qətldən 19 saat əvvəl sosial media hesabında “Allahın iznilə” ifadəsi ilə paylaşım etdiyi görülüb.
İzmirin Aliağa rayonunda Ahmet Çankaya iş görüşməsindən sonra ayrıldığı həyat yoldaşı Özlem Çankayanı bıçaqlayaraq öldürüb...
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































