Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eyvaz Eyvazov saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən şüşə qablarda saxladığı yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı onun həmin narkotik vasitəni bir neçə il öncə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat nəticəsində isə Nihad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin və psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır.jpg)























































