Böyük Britaniya vətəndaşı Qrir Kristofer hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmənin Məmmədovaya hökm oxunub.
Report xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda elan olunub.
Hökmə əsasən, Elnarə Məmmədova 11 il müddətinə azadlıqdan məhrum edilib.
Yasəmən Nəsrəddinova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Greerin barəsində rusvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.
Elnarə ötən il martın 26-da Greeri Fəvvarələr meydanının yanında görüb. İngiltərə vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.
Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Greerinin çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Greeridən 205 min 823 manat alıblar.
İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 1782.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






