Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. Məlumat Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verilib. Saxlanılanlardan ümumilikdə 2 kiloqram heroin və 1 kiloqram marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəlüldlü Arif Abasov da saxlanılıb. Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































