Pandemiya dövründə saxta hesabatlarla milyonlarla dollar əldə edilib
29 Oktyabr 16:40
Şəmkirdə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanov odlu silahdan açılan atəşlə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
DİN xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb.
Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az