Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar.
K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































