Ədliyyə Nazirliyi fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.
Yenisabah.az xəbər verir ki, həmin şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilir
Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib.
Onun ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber- və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb.jpg)





















































