Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az