Biri 13, digəri 12 il müddətinə həbs edildi
8 Sentyabr 08:07
Göyçayda narkotacir həbs olunub.
DİN xəbər verir ki, bu, Masallı rayon sakini, əvvəllər də qaçaqmalçılıq və narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş 29 yaşlı Elməddin Rzayevdir.
Onun üzərində olan bağlamaya baxış keçirilərkən 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.
Rayon məhkəməsinin qərarı ilə E. Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanpolisi.az