Xankəndidə silah-sursat tapılıb

Xankəndidə silah-sursat tapılıb

Polis əməkdaşları keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndidə silah-sursat tapıb.

DİN xəbər verir ki, şəhər ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, ölkə ərazisində qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 2 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Həmçinin, paytaxt və ayrı-ayrı rayonlarda 3 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara, 5 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az