Sabunçuda əməliyyat zamanı silahlı şəxslər saxlanılıblar.
DİN xəbər verir ki əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub.
R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.
Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






